Pakistanın Bəlucistan əyalətində silahlı şəxslər mədənçiləri daşıyan iki avtomaşına hücum edərək 11 nəfəri öldürüb.
Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə "Associated Press" yerli hakimiyyət orqanlarına istinadən xəbər verib.
Məlumata görə, hücum edənlər ölkənin cənub-qərbindəki Kohlu rayonunda mədənçiləri daşıyan iki pikapı saxlayaraq onları oğurlayıblar. Sonra sürücüləri buraxaraq, sərnişinləri öldürüblər və qaçaraq gizləniblər.
Digər təfərrüatlar açıqlanmır.
Polis nümayəndəsi Tayyab İqbal hüquq-mühafizə orqanlarının şübhəlilərin yerini müəyyənləşdirmək və yaxalamaq üçün axtarış əməliyyatına başladığını bildirib.
Pakistanın daxili işlər naziri Möhsin Nəqvi hücumu pisləyib və ölənlərin ailələrinə başsağlığı verib.
Hücuma görə məsuliyyəti hələ heç bir qruplaşma üzərinə götürməyib.












