• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Rusiya yanacaq idxalını artıracaq
DÜNYA
29 Noyabr 2026 | 22:43

Rusiya yanacaq idxalını artıracaq

    Rusiya daxili bazara yanacaq tədarükünü artırmaq üçün idxalı artırmağı planlaşdırır.

    Bakıvaxtı.az xəbər verir ki, Rusiya Baş nazirinin müavini Aleksandr Novak “Vesti”yə verdiyi müsahibədə bu barədə danışıb. O, Ukraynanın Rusiya neft emalı zavodlarına hücumlarının yanacaq bazarına təsirini qiymətləndirib.

    Novak Rusiyanın həm qonşu, həm də digər ölkələrdən yanacaq idxalını artırmağı planlaşdırdığını bildirib və qeyd edib ki, onlar da yerli istehsalı artırmaq üçün çalışırlar.

    "Çətinlik var, amma hələlik hiss olunmur. Əlavə təchizat təmin etməklə və təmir işlərini təxirə salmaqla vəziyyəti aradan qaldırırıq", - deyə o qeyd edib.

    Aleksandr Novak bildirib ki, zərurət yaranarsa, OPEC+ ölkələri bazarı balanslaşdırmaq üçün əlavə tədbirlər görə bilər və qrupun 2027-ci il üçün istehsal kvotalarının iyun ayında keçiriləcək nazirlər görüşündə müəyyən edilməsi planlaşdırılır.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    28 Noyabr 2026