• Bakı 21° C

    0.94 m/s

  • USD - 1.7

    EUR - 1.9536

    RUB - 2.1656

Paşinyan Türkiyə ilə sərhədlərin açılmasına çalışır, amma...
SİYASƏT
23 Iyun 2025 | 17:11

Paşinyan Türkiyə ilə sərhədlərin açılmasına çalışır, amma...

Bir sıra regional məsələlərdə Ermənistan və Türkiyənin mövqeləri kifayət qədər yaxındır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyədəki erməni icmasının nümayəndələri ilə görüşündə bildirib.

O, çıxışında "Təəssüf ki, bölgəmiz kifayət qədər gərgin olaraq qalmaqda davam edir. Bir sıra regional məsələlərdə Türkiyə ilə kifayət qədər oxşar təsəvvürlərimiz var. Söhbət beynəlxalq gündəmdəki məsələlərdən gedir. Bu, həm də münasibətlərin əhval-ruhiyyəsinə və atmosferinə müəyyən təsir göstərən amildir" sözlərini söyləyib.

Maraqlıdır ki, beynəlxalq məsələlərdə Türkiyə ilə Ermənistanın hansı məsələlərdə ortaq mövqeyi var?

Mövzu ilə bağlı politoloq Azər Qasımov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Paşinyanın Türkiyənin Ermənistanla eyni fikirdə olması iddiası Azərbaycana söz atmaqdan ibarətdir. Yəni, Azərbaycanın fərqli mövqeyi bizim yaxınlaşmağımıza imkan vermir.

Onun sözlərinə görə, Paşinyan yenə də öz "erməniliyini" edir. İki qardaş ölkənin arasına girməyə çalışır:

"Ermənistanın mövqeyində Türkiyəyə olan münasibətdə əslində heç bir yaxınlaşma və ortaq mövqe yoxdur. Baydenin bir müddət öncə ənənəvi çıxışında Türkiyənin ermənilərə qarşı "soyqırım" etdiyini bildirməsi hələ hafizələrdən çıxmayıb. Onda da Paşinyan hakimiyyətdə idi. Ermənistan konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiaları, qondarma soyqırım iddiaları hələ də qalır. Lakin Paşinyan bunun dəyişdirilməsi üçün heç bir addım atmır. Paşinyan Türkiyə ilə sərhədlərin açılmasına çalışır. Azərbaycanın mövqeyinə rəğmən buna cəhd edir. Bu isə Azərbaycanın mövqeyinin heçə sayılmasıdır".

Azər Qasımov: Paşinyan hansısa xəritələr göstərməklə, özünü konstruktiv göstərməyə çalışır

Qasımov vurğulayıb ki, Paşinyanın Türkiyəyə səfəri və verdiyi bəyanatlar onda yanlış fikirlər yaradıb. Paşinyan hesab edir ki, Ermənistan hansısa addımlarını Azərbaycansız Türkiyə ilə ata bilər.

"Paşinyan hansısa xəritələr göstərməklə, özünü konstruktiv göstərməyə çalışıb. Amma regionda hansısa xəritələr cızılacaqsa, bunu Azərbaycan və Türkiyə birlikdə etmək gücündədir. Ermənistan burada söz sahibi deyil" – Azər Qasımov vurğulayıb.

Gülşən Şərif


SON XƏBƏRLƏR