• Bakı 17° C

    7.18 m/s

  • USD - 1.7

    EUR - 1.9265

    RUB - 2.1007

“Qarabağ Futbol Klubu” zərərini 2 dəfə azaldıb
İDMAN
21 May 2025 | 14:35

“Qarabağ Futbol Klubu” zərərini 2 dəfə azaldıb

“Qarabağ Futbol Klubu” MMC 2024-cü ili 877 min manat zərərlə başa vurub.

Bakıvaxtı.az Klubun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 50,8 % və yaxud təxminən 2 dəfə azdır.

Ötən il “Qarabağ Futbol Klubu”nun əməliyyat gəlirləri 34,754 milyon manat (əvvəlki ilə nisbətən 12,7 % çox), əməliyyat xərcləri 35,613 milyon manat (11,5 % çox), maliyyə xərcləri isə 18 min manat (37,8 dəfə az) təşkil edib.

Bu il yanvarın 1-nə “Qarabağ Futbol Klubu”nun akitvləri 47,027 milyon manat olub ki, bu da illik müqayisədə 62 % çoxdur. Hesabat dövrünə şirkətin öhdəlikləri 2,7 dəfə artaraq 31,109 milyon manata çatıb, balans kapitalı isə 8,4 % azalaraq 15,919 milyon manata düşüb.

Xatırladaq ki, “Qarabağ Futbol Klubu” 2001-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 8,615 milyon manatdır.


SON XƏBƏRLƏR