Ukrayna Prezidenti Volodimir Zelenski Kiyev üçün təhlükəsizlik zəmanətlərini müzakirə etmək üçün 5 yanvarda Qərb ölkələri və Ukraynanın Baş qərargah rəislərinin görüşünün keçiriləcəyini açıqlayıb.
Bakıvaxtı.az-ın məlumatına görə, Zelenski qeyd edib ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov ABŞ komandası və Avropadakı tərəfdaşları ilə gündəlik əlaqə saxlayır.
O, həmçinin xatırladıb ki, 6 yanvarda Avropa liderlərinin, "İstəklilər Koalisiyasının" görüşü keçiriləcək. Kiyev orada daha çox dəstək və etimad qazanmağa ümid edir ki, zəmanətlər və sülh müqaviləsi ilə bağlı daha böyük əminlik əldə etsin.
Əli Hüseynov
Bakı 












