"Qərb ölkələri informasiya məkanında öz hegemonluğunu saxlamaq ümidi ilə süni intellekti inhisara almaq istəyirlər".
Bakıvaxtı.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Diplomatın sözlərinə görə, çoxqütblü dünyanın, müstəqil və suveren güc mərkəzlərinin meydana çıxması Qərbi qorxudur:
"Qərb açıq şəkildə yeni texnoloji nizama keçiddən yararlanmağa və AI texnologiyalarını monopoliyaya alaraq "AI-neolonializm" dövrünü açmağa ümid edir. Bu səbəbdən təkcə ölkəmizi deyil, həm də BRİKS-i, tərəfdaşlarımızı, Afrika, Asiya və Latın Amerikası ölkələrini gözdən salmaq cəhdləri davam edir".
Zaxarova bildirib ki, dezinformasiyaya qarşı ən təsirli silah həqiqət və faktlardır. Rusiya bu məqsədlə alət kimi mövcud olan ənənəvi və yeni vasitələrdən istifadə edir.
"Biz rəqəmsal diplomatiyanın imkanlarından istifadə edirik. Rəqəmsal şəbəkəmiz, nazirlik hesablarımız, xarici nümayəndəliklərimiz və rus diplomatlarımızın köməyi ilə biz ölkəmiz haqqında doğru və obyektiv məlumatları çatdırırıq. Biz ən ucqar ölkələrdə belə auditoriyaya çata bilirik. Həqiqət senzuradan və blokdan keçir. “Qərb ölkələrində isə bu gün etibarlı informasiyaya və fərqli baxışlara böyük tələbat var", - diplomat vurğulayıb.
Gülşən Şərif