• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ukrayna ərazilərinin bir hissəsini Rusiyaya verəcək? - Sibiqa AÇIQLADI

DÜNYA

12 Avqust 2025 | 17:12

Ukrayna ərazilərinin bir hissəsini Rusiyaya verəcək? - Sibiqa AÇIQLADI

Ukrayna müharibənin başa çatması müqabilində ərazilərinin bir hissəsinin Rusiyaya verilməsini nəzərdə tutan ssenariləri müzakirə etmir.

Bakıvaxtı.az Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa çexiyalı həmkarı Yan Lipavski ilə birgə mətbuat konfransında bildirib.

"Prezident Volodimir Zelenski artıq açıq şəkildə cavabı təqdim edib, bu, Ukrayna Konstitusiyasıdır", - o qeyd edib.

Nazirin sözlərinə görə, Ukrayna BMT Nizamnaməsinə və beynəlxalq hüquq normalarına əsaslanan ədalətli, hərtərəfli və davamlı sülhə can atır.

A.Sibiqa vurğulayıb ki, indiki mərhələdə atəşkəs rejiminin tətbiq edilməsi prioritetdir və bu, gələcək danışıqların təməli olacaq.

O xatırladıb ki, beş ay əvvəl Ukrayna ABŞ Prezidenti Donald Trampın qeyd-şərtsiz atəşkəs təklifini qəbul edib və indi Rusiyanın da bu addımı atmasını gözləyir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026