• Bakı 15° C

    10.32 m/s

  • USD - 1.7

    EUR - 1.843

    RUB - 0.0175

Qızının psixoloji problemi olduğunu deyib kömək istədi
ŞOU
18 Oktyabr 2024 | 16:20

Qızının psixoloji problemi olduğunu deyib kömək istədi

Türkiyəli müğənni Umut Akyürek qızı Melek Balın psixoloji problemləri olduğunu və narkotik vasitələrdən istifadə etdiyini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, ifaçı qızının özünə hakim ola bilmədiyini və vəziyyətin dözülməz həddə çatdığını bildirib.

"Hazırda otağa girib, qapını kilidləmişəm, iki gündür yox idi. Yenə böyük böhran keçirir. Buna görə əvvəllər bir neçə dəfə polisə müraciət etməli olmuşam" deyə, o, əlavə edib.

Akyürek qızı tərəfindən döyüldüyünü, ona bıçaq çəkdiyini söyləyib. O, əlavə edib ki, qızı yetkinlik yaşına çatdığı üçün razılığı olmadan onu xəstəxanaya yerləşdirə bilmir. axşam.az


SON XƏBƏRLƏR