• Bakı 15° C

    13.11 m/s

  • USD - 1.7

    EUR - 1.8451

    RUB - 0.0174

Qlobal iqlim dəyişiklikləri iqtisadiyyatımıza təsir edir - Taleh Kazımov
İQTİSADİYYAT
18 Oktyabr 2024 | 10:05

"Qlobal iqlim dəyişiklikləri iqtisadiyyatımıza təsir edir" - Taleh Kazımov

Qlobal iqlim dəyişiklikləri Azərbaycan iqtisadiyyatına təsir edir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov qurumun təşkilatçılığı ilə Bakıda keçirilən “Yaşıl Maliyyə və Dayanıqlı İnkişaf Forumu”nda bildirib.

"Bu səbəbdən "yaşıl maliyyə" investisiyaları yalnız ekoloji faydaların verilməsi baxımındandeyil, həm də dayanıqlı iqtisadiyyatın yaradılması üçün vacibdir. "Yaşıl maliyyə"nin əhəmiyyəti barədə cəmiyyətin məlumatlılığının artırılması, maraqlı tərəflər arasında dialoqun qurulması və innovativ həllərin tapılması kimi prioritetləri daim diqqətdə saxlamalıyıq.

AMB olaraq, bu mühüm çağırışla bağlı qarşımızda duran prioritetləri bilirik və ortamüddətli dövr üzrə strateji gündəlik mövcuddur. Bu gündəliyə tənzimləyici çərçivəni təkmilləşdirmək və "yaşıl investisiya"ları təşviq etmək kimi mühüm vəzifələr daxildir. Əsas hədəfimiz maliyyə institutlarının portfellərinindayanıqlılıq məqsədlərinə uyğunlaşdırılması və bu sahədə mümkün alət və təlimatlara malik olmasını təmin etməkdir", - deyə o qeyd edib.


SON XƏBƏRLƏR

17 Oktyabr 2024