• Bakı 15° C

    13.11 m/s

  • USD - 1.7

    EUR - 1.8451

    RUB - 0.0174

Bələdiyyələrin müstəqilliyi təmin edilməlidir -  Əli Məsimli
SİYASƏT
18 Oktyabr 2024 | 12:48

"Bələdiyyələrin müstəqilliyi təmin edilməlidir" -  Əli Məsimli

"Bələdiyyələrin müstəqilliyi təmin edilməlidir".

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında Azərbaycan Respublikası qanununun layihəsi və “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə – “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı deputat Əli Məsimli deyib.

Onun sözlərinə görə, bələdiyyələr müstəqil deyilsə, onun sayının artılırıb-azaldılmasının heç bir önəmi yoxdur.

Həmçinin o, qeyd edib ki, bələdiyyələrin maaliyyəşdirilməsi təkcə dövlət hesabına olmamalıdır.

Mina Mikayılova


SON XƏBƏRLƏR