• Bakı 15° C

    11.43 m/s

  • USD - 1.7

    EUR - 1.843

    RUB - 0.0175

Aztelekomun rəhbəri DƏYİŞDİ
CƏMİYYƏT
18 Oktyabr 2024 | 14:04

"Aztelekom"un rəhbəri DƏYİŞDİ

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi "Onlayn Azərbaycan" meqa-layihəsi artıq son mərhələsinə çatır.

Bakıvaxtı.az xəbər verir ki, "Aztelekom" MMC-dən "APA-Economics"in sorğusuna cavab olaraq bildirilib ki, "Aztelekom" ölkənin rəqəmsal infrastrukturunun inkişafına yönəldilmiş bu vacib təşəbbüsün əsas operatorlarından biri kimi çıxış edir.

    Məlumata görə, "Aztelekom"un "Onlayn Azərbaycan" layihəsi çərçivəsində gördüyü işlərə rəhbərlik Tural Pirverdiyevə həvalə edilmişdi. Şirkətin Baş direktoru vəzifəsini icra edən T. Pirverdiyevin idarəçiliyi altında layihənin əsas mərhələləri planlaşdırılan vaxtdan əvvəl tamamlanıb təhvil verilib.

    Tural Pirverdiyev ona həvalə edilmiş öhdəlikləri müvəffəqiyyətlə başa çatdırdığına görə, "Aztelekom"un rəqəmsal transformasiyanın növbəti mərhələsinə rəhbərlik Həsən Ömərova tapşırılacaq.


    SON XƏBƏRLƏR