• Bakı 15° C

    11.73 m/s

  • USD - 1.7

    EUR - 1.843

    RUB - 0.0175

Tovuzda yol qəzası olub, 7 nəfər xəsarət alıb - YENİLƏNİB
HADİSƏ
18 Oktyabr 2024 | 16:10

Tovuzda yol qəzası olub, 7 nəfər xəsarət alıb - YENİLƏNİB

Tovuzda baş verən yol qəzasında xəsarət alanların kimliyi məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, Tovuz rayon Qovlar şəhər sakini 1966-cı il təvəllüdlü Məcid Bədirov, 2023-cü il təvəllüdlü Onur Bədirov, Tovuz şəhər sakini 1970-ci il təvəllüdlü Xanım Bədirova, Əyyublu kənd sakini 1994-cü il təvəllüdlü Gülnar Xəlilova,1992-ci il təvəllüdlü Şahmar Məmmədov,1963-cü il təvəllüdlü Səlfinaz Rüstəmova, Şəmkir rayon sakini 1996-cı il təvəllüdlü Sevinc Nəbiyeva müxtəlif bədən xəsarətləri ilə Tovuz rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

    Onlara ilkin tibbi yardım göstərilib. Azyaşlının vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

    Faktla bağlı araşdırma başlanıb.APA

    ***

    15:12

    Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

    Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb. "VAZ 2106" ilə "VAZ-21011" markalı minik avtomobillərinin toqquşması nəticəsində xəsarət alan 5 nəfər xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır. /AZƏRTAC


    SON XƏBƏRLƏR