• Bakı 15° C

    10.32 m/s

  • USD - 1.7

    EUR - 1.843

    RUB - 0.0175

Sahil Babayev Qaxda vətəndaşları qəbul edib - FOTO
CƏMİYYƏT
18 Oktyabr 2024 | 16:05

Sahil Babayev Qaxda vətəndaşları qəbul edib - FOTO

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Qax rayonunda Qax və Zaqatala rayonlarının sakinlərini qəbul edib.

Bu barədə Bakıvaxtı.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib.

    Bildirilib ki, qəbuldan əvvəl S.Babayev və Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

    Qəbul zamanı vətəndaşların məşğulluq, əlillik, pensiya, ünvanlı sosial yardım, mənzillə təminat və s. məsələlərə dair müraciətləri dinlənilib.

    Müraciət edən vətəndaşların bir qismi şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları olub. Hər bir müraciətin fərdi qaydada araşdırılması və nəticəsinə uyğun tədbirlər görülməsi təmin edilib.

    Müraciətləri əsasında vətəndaşlar aktiv məşğulluq proqramlarına cəlb edilmələri üçün qeydiyyata alınıblar. Sorğu xarakterli müraciətlərlə əlaqədar qanunvericiliyə uyğun izahatlar verilib.


    SON XƏBƏRLƏR