• Bakı 15° C

    13.11 m/s

  • USD - 1.7

    EUR - 1.8451

    RUB - 0.0174

Elon Maskdan Trampa dəstək mitinqi
DÜNYA
18 Oktyabr 2024 | 12:42

Elon Maskdan Trampa dəstək mitinqi

Amerikalı milyarder Elon Mask Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampı dəstəkləmək üçün Pensilvaniya ştatının Filadelfiya şəhərində ilk seçki mitinqini keçirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, paylaşım edib.

Mask Filadelfiyadakı məktəbin auditoriyasında keçirdiyi mitinqdə iştirakçıları erkən qeydiyyatdan keçərək səs verməyə çağırıb.

Trampla Demokratlar Partiyasının prezidentliyə namizədi Kamala Harris arasında rəqabətli yarışın gözlənildiyi "yelləncək" əyalətlərindən biri olan Pensilvaniyada Respublikaçı namizədə dəstək üçün keçirilən mitinqə ilk dəfə tək qatılan Mask iştirakçıların suallarını cavablandırıb.

Əli Hüseynov


SON XƏBƏRLƏR