• Bakı 26° C

    2.19 m/s

  • USD - 1.7

    EUR - 1.9847

    RUB - 2.1795

Qocalar evində baş verən yanğın nəticəsində 9 nəfər öldü
DÜNYA
14 Iyul 2025 | 17:08

Qocalar evində baş verən yanğın nəticəsində 9 nəfər öldü

ABŞ-nin Massaçusets ştatında “Gabriel House” qocalar evində baş verən yanğın nəticəsində azı 9 nəfər həlak olub, 30 nəfər xəsarət alıb.

Bakıvaxtı.az-ın “ABC News” telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Foll-River şəhərinin yanğından mühafizə rəisi Ceffri Bekon bildirib.

Qeyd edilib ki, yanğın iyulun 13-də axşam saatlarında baş verib.

Qocalar evində təxminən 70 nəfər olub. Yaralananlar xəstəxanaya yerləşdirilib.

Bildirilib ki, yanğının söndürülməsinə təxminən 50 yanğınsöndürən cəlb edilib.


SON XƏBƏRLƏR