"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsində "Barselona" ilə Bakıda baş tutacaq oyunda "Sabah"a azarkeşlik edəcək.
Bakıvaxtı.az xəbər verir ki, mütəxəssis bunu UEFA Konfrans Liqasının pley-off mərhələsində "Tvente" ilə cavab matçından (1:4) sonra deyib.
"Onları Bakıda görmək çox xoş olacaq. "Barselona" bəyəndiyim komandalardandır. Amma istənilən halda "Sabah"a azarkeşlik edəcəyəm", - Q.Qurbanov əlavə edib.
Qeyd edək ki, "Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsində Niderlandın "Tvente" klubuna iki oyunun nəticəsinə (1:0, 1:4) əsasən uduzaraq mübarizəni dayandırıb.












