• Bakı 12° C

    8.54 m/s

  • USD - 1.7

    EUR - 1.8303

    RUB - 0.0186

Rusiya universitetləri Boloniya prosesindən imtina edir - Dos. İlham Əhmədov yazır
YAZARLAR
18 Iyun 2022 | 17:34

Rusiya universitetləri Boloniya prosesindən imtina edir - Dos. İlham Əhmədov yazır

İlham Əhmədov

Dünyada gedən qloballaşma prosesləri, Avropa İttifaqının yaranması səbəbi ilə əlaqədar Avropada vahid əmək bazarı və vahid ali təhsil sistemi yaradılmasına ehtiyac duyuldu. Bu, müxtəlif ölkələrdə alınmış ali təhsilin müqayisə edilə bilməsi, diplomların tanınması, əmək bazarında və təhsil sistemində vahid standartların yaradılması və tətbiqini zəruri edirdi.

Hazırda Boloniya prosesində Amerika və Avropanın 49 ölkəsi iştirak edir. Rusiya 2003-cü ildə bu prosesə qoşulub. Söhbət ilk növbədə təhsil proqramlarının müqayisəliliyindən gedir. Çox vaxtlar bu, iki səviyyəli təhsil sistemi deyilən - bakalavr (4 il) və magistr dərəcəsi (2 il) kimi başa düşülür. Bununla belə, Rusiyada bir çox universitetlər hələ də 5-6 illik təhsili nəzərdə tutan mütəxəssis proqramları üzrə təlimlər keçirirlər.

Rusiyanın elm və ali təhsil naziri Valeri Falkov bildirib ki, Rusiya öz milli təhsil ali sistemini inkişaf etdirəcək. Departament Boloniya sistemindən imtina etmək istəyir.

Qeyd edək ki, son bir ildə, xüsusən son aylar Rusiyada Qərblə münaqişə fonunda Boloniya prosesində iştirakdan imtinanın tərəfdarlarının sayı artır. Xüsusilə, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bu ərəfədə verdiyi müsahibədə bunu xüsusi qeyd edib. Daha əvvəllər belə bir təkliflə Dövlət Dumasının vitse-spikeri Pyotr Tolstoy, Dövlət Duması Elm və Ali Təhsil Komitəsinin sədrinin birinci müavini prof. Oleq Smolin, keçmiş təhsil naziri, Rusiya Təhsil Akademiyasının prezidenti Olqa Vasilyeva, Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Sadovniçiy (əslində M.D.U., S.P.D.U heç əvvəldən bu prosesə qoşulmamışdılar, onlar bu məqsədlə ölkə prezidentindən 15 il əvvəldən xüsusi icazə almışdılar), Rusiya Vəkillər Kollegiyasının sədri Sergey Stepaşin və başqa rəsmilər  rəsmilər Boloniya prosesində iştirakdan imtina etməyə çağırıblar.

“Boloniya sisteminə dinamik, canlı proses kimi yanaşmaq lazımdır. Gələcək ali təhsil sistemimiz milli iqtisadiyyatın maraqlarına və hər bir tələbə üçün maksimum imkanlar yaratmağa köklənməlidir. Bizim öz unikal ali təhsil sistemimiz olmalıdır", -  deyə Rusiya Federasiyasının Elm və ali təhsil naziri Valeri Falkov bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikası 2005-ci ildən Boloniya prosesinə qoşulma haqqında müqaviləyə imza atıb. Bu 17 il ərzində universitetlərimizdə Boloniya prosesi tələblərinə uyğun müəyyən addımlar atılsa da, bu iş sistemli, komplek layihələr şəkilində icra edilməyib, elmi baxımdan düşünülmüş layihələr dizayn edilməyib, prosesin monitorinqi bu 17 ildə heç vaxt aparılmayıb. Bu səbəblərdən Boloniya prosesində ciddi nailiyyətlərimiz yoxdur. Bu günə qədər heç bir universitetimiz beynəlxalq akkreditasiyan keçə bilməyib, yəni, universitetlərimizin diplomları Avropa təhsil məkanında hələ də tanınmır. Əsas problem nazirliyin bu işləri 17 il ərzində əsaslı şəkildə layihələndirə bilməməsi, ölkədə Boloniya prosesi fəlsəfəsini və onun reallaşdırma mexanizmini bilən kadrların azlığı, bu islahatın lazımı səviyyədə maliyyələşdirilməməsidir.


SON XƏBƏRLƏR

07 May 2024