Rusiyanın keçmiş nəqliyyat naziri Roman Starovoitin intiharının ilkin səbəbi məlum olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "SHOT" Telegram kanalı məlumat yayıb.
Məlumata görə, Kursk vilayətinin qubernatoru kimi onun varisi olmuş keçmiş tabeliyində olan Aleksey Smirnov Roman Starovoitin əleyhinə ifadə verib.
Qeyd olunub ki, Smirnov bölgədə qoruyucu tikililərin tikintisi zamanı bir milyard rubl məbləğində dələduzluğa görə həbs edilib.
Həmçinin bildirilib ki, Kursk Regionunun İnkişaf Korporasiyasının baş direktoru Vladimir Lukin və istintaq təcridxanasında olan müavini Maksim Vasilyev Starovoit əleyhinə ifadə veriblər.
Mina Mikayılova