2022-ci ildə Ukraynaya genişmiqyaslı işğalın başlanmasından bəri Rusiya silahlı qüvvələri çox güman ki, bir milyon insan itirib. Bura həm ölənlər, həm də yaralananlar daxildir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına istinadən X sosial şəbəkəsində məlumat yayıb.
"Bu saydan 250 minə yaxın rus əsgər və zabiti ölə bilərdi ki, bu da İkinci Dünya Müharibəsindən bəri Rusiya üçün ən böyük itkidir", - deyə Britaniya ordusu vurğulayıb.