ABŞ Prezidenti Donald Tramp Ankoricdə Rusiyaya səfər etməsi üçün dəvət alıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
“Əlbəttə, Ankoricdə Prezident Tramp Rusiya Federasiyasına səfərə dəvət edilib”, – deyə, diplomat Rusiya Prezidenti Vladimir Putinin görüşdən sonra növbəti görüşün Moskvada keçirilməsini təklif etməsi ilə bağlı fikirləri şərh edərkən bildirib.
Ryabkov əlavə edib ki, həmin ideya o vaxtdan bəri praktiki inkişaf mərhələsinə keçməyib.
“Rusiya və ABŞ prezidentlərinin təmasları üçün digər platformalar məsələsində də mövqeyimiz qətidir: əvvəlcə məzmun tərəfi, sonra isə görüşün keçiriləcəyi yer barədə razılaşma”, – deyə XİN başçısının müavini vurğulayıb.
Bakı 












