• Bakı 24° C

    4.89 m/s

  • USD - 1.7

    EUR - 1.9654

    RUB - 2.1656

Rza Pəhləvi iranlıları üsyana səslədi: “Ayağa qalxmaq vaxtıdır”
DÜNYA
18 Iyun 2025 | 00:50

Rza Pəhləvi iranlıları üsyana səslədi: “Ayağa qalxmaq vaxtıdır”

İranın keçmiş vəliəhd şahzadəsi Rza Pəhləvi bildirib ki, İranda hakimiyyət dəyişikliyi üçün imkan yaranıb.

Bakıvaxtı.az xəbər verir ki, devrilmiş İran şahının oğlu bu barədə “X” hesabında müraciət yayıb:

“İslam Respublikası sona çatdı və süqut etməkdədir. Bu kabusa əbədi olaraq son qoymaq üçün yalnız milli üsyan lazımdır. İndi ayağa qalxmaq, İranı qazanmaq vaxtıdır. İslam respublikasının süqutundan sonrakı proses sizi narahat etməsin. İran qeyri-sabitlik və ya vətəndaş müharibəsi dövrünə girməyəcək”.

Qeyd edək ki, onun atası, Pəhləvilər sülaləsinin sonuncu şahı Məhəmmədrza şah Pəhləvi, 1979-cu ildə İslam İnqilabı tərəfindən devrilməmişdən əvvəl İsraillə isti əlaqələr qurmuşdu.


SON XƏBƏRLƏR

17 Iyun 2025