Həbsdə olan Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin son görüntüsü yayımlanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə paylaşım Saakaşvilinin "Facebook" hesabında yayımlanıb.
Qeyd edək ki, 2004-2013-cü illərdə Gürcüstana rəhbərlik etmiş Mixeil Saakaşvili hazırda həbsdədir. 2021-ci ildə ölkəyə gizli qayıdışından sonra onun haqqında olan 3 və 6 illik həbs cəzalarına yeniləri əlavə olunub. 2025-ci ilin martında məhkəmə dövlət vəsaitlərinin mənimsənilməsinə görə ona 9 il, sərhədi qanunsuz keçməyə görə isə 4,5 il həbs cəzası kəsib. Paralel olaraq, 2007-ci il 7 noyabr hadisələri və “İmedi” telekompaniyasının darmadağın edilməsi işi üzrə məhkəmə prosesləri davam edir.
Bakı 











