• Bakı 20° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.9654

    RUB - 2.1656

“Sabah” ispaniyalı futbolçu ilə yollarını ayırdı
İDMAN
17 Iyun 2025 | 18:56

“Sabah” ispaniyalı futbolçu ilə yollarını ayırdı

"Sabah" komandası futbolçusu Con İrasabal ilə yollarını ayırıb.

Klubdan Bakıvaxtı.az-a verilən məlumata görə, ispaniyalı müdafiəçi ilə mövsümün sonunda başa çatan müqavilənin müddəti yenilənməyib.

Qeyd edək ki, 2022-ci ildən “Sabah”ın formasını geyinən C.İrasabal bu komandanın heyətində 98 oyunda meydana çıxıb, 6 qola imza atıb. O, Bakı klubu ilə birlikdə Azərbaycan Kubokunu, Premyer Liqada isə gümüş və bürünc medalları qazanıb.


SON XƏBƏRLƏR