• Bakı 18° C

    6.88 m/s

  • USD - 1.7

    EUR - 1.9265

    RUB - 2.1007

Sabah Xocalı və Ballıca kəndinə köç olacaq
CƏMİYYƏT
21 May 2025 | 18:10

Sabah Xocalı və Ballıca kəndinə köç olacaq

İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış prosesi davam edir.

Bakıvaxtı.az xəbər verir ki, mayın 22-də növbəti mərhələdə Xocalı şəhəri və Ballıca kəndinə sakinlərin köçü həyata keçiriləcək. Bu mərhələdə 34 Xocalı sakini öz doğma torpağına qayıdacaq.

Ailələr Xocalı şəhəri və Ballıca kəndində dövlətin dəstəyi ilə inşa edilən, tam təmirli evlərə yerləşdiriləcək. Burada onlar üçün hər cür şərait yaradılıb – su, işıq, qaz, internet bağlantısı, məktəb, tibb məntəqəsi və digər sosial infrastruktur artıq istifadəyə verilib.

Xatırladaq ki, indiyədək Xocalı şəhərinə  341 nəfərdən ibarət  85 ailə, Xocalının Ballıca  kəndinə isə  172 ailə - yəni 811 nəfər köç edib.


SON XƏBƏRLƏR

21 May 2025