• Bakı 21° C

    0.94 m/s

  • USD - 1.7

    EUR - 1.9536

    RUB - 2.1656

Serbiya İsrailə silah-sursat satışını dayandırdı
DÜNYA
23 Iyun 2025 | 17:34

Serbiya İsrailə silah-sursat satışını dayandırdı

Serbiya prezidenti Aleksandar Vuçiç İsrailin İrana qarşı hücumlarından sonra rəsmi Tel-Əvivə silah-sursat satışının dayandırıldığını bəyan edib.

Bakıvaxtı.az xəbər verir ki,  Vuçiç bu qərarın regionda artan gərginlik və münaqişənin dərinləşməsi fonunda qəbul edildiyini bildirib.

Prezident əlavə edib ki, Serbiya beynəlxalq hüququn prinsiplərinə və regional sabitliyə sadiqdir.

Qeyd edək ki, bu addım İsrail və İran arasında baş verən son hərbi toqquşmalardan sonra bir sıra ölkələrin tərəflərə təzyiq göstərmək cəhdləri fonunda atılıb. Vuçiçin açıqlaması regionda silah tədarükü və hərbi əməkdaşlıq məsələlərinin yenidən gündəmə gəlməsinə səbəb olub.

Əli Hüseynov


SON XƏBƏRLƏR