• Bakı 17° C

    7.18 m/s

  • USD - 1.7

    EUR - 1.9265

    RUB - 2.1007

SSRİ bayrağı qaldıran şəxsin əvəzinə YENİ TƏYİNAT - FOTO
CƏMİYYƏT
21 May 2025 | 13:22

SSRİ bayrağı qaldıran şəxsin əvəzinə YENİ TƏYİNAT - FOTO

Mayın 21-də İmişli rayon Ağsaqqallar Şurasının növbədənkənar yığıncağı keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, şuradan APA-ya verilən məlumata görə, yığıncaqda açıq səsvermə yolu ilə uzun illər İmişli rayon təhsil şöbəsinə rəhbərlik etmiş, respublikanın Əməkdar müəllimi Ramiz Əmirov İmişli rayon Ağsaqqallar Şurasının sədri seçilib.

    Ramiz Əmirov bundan əvvəl də - 2021-ci ilin may ayından 2024-cü ilin aprel ayına kimi İmişli rayon Ağsaqqallar Şurasının sədri olub.

    Qeyd edək ki, İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov 2025-ci il mayın 9-da İmişlinin Sarıxanlı kəndində faşizm üzərində Qələbə günü münasibətilə təşkil olunan tədbirdə SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan "Georgi lenti" ilə çıxış edib. Bundan sonra Ağsaqqallar Şurasının iclası keçirilib və məsələyə baxılıb. İdarə Heyəti Şuranın adına ləkə gətirən hərəkətlərə yol verdiyinə, Azərbaycan Ağsaqqallar Şurasının Nizamnamə tələblərini kobud şəkildə pozduğuna görə Saleh Səmədovun İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilməsi, o cümlədən Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən çıxarılması barədə qərar qəbul edib. Azərbaycan Ağsaqqallar Şurasının aparatına yerli bölmələrin fəaliyyətinə nəzarətin artırılması barədə tapşırıqlar verilib.


    SON XƏBƏRLƏR