• Bakı 17° C

    2.82 m/s

  • USD - 1.7

    EUR - 1.9216

    RUB - 2.0775

Sumqayıtda yaşayış binasında YANĞIN - VİDEO
HADİSƏ
04 May 2025 | 13:55

Sumqayıtda yaşayış binasında YANĞIN - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Bakıvaxtı.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsinin pilləkən qəfəsində elektrik sayğacı qutusunda baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində elektrik sayğacı qutusunda 6 ədəd elektrik sayğacı, 6 ədəd elektrik açarı, 1 ədəd ümumi açar və 3p.m. elektrik kabeli yanıb.

Mənzillər yanğından mühafizə olunub.

 


SON XƏBƏRLƏR

03 May 2025