• Bakı 19° C

    5.73 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Diqqət əsas məsələyə - Əkbər Qoşalı yazır
YAZARLAR
07 Dekabr 2022 | 18:22

Diqqət əsas məsələyə - Əkbər Qoşalı yazır

Əkbər Qoşalı

Azərbaycan Respublikasının rəsmi qurumlarının təmsilçiləri – Qarabağ iqtisadi rayonunun dağlıq hissəsində TƏBİİ EHTİYATLARIN QANUNSUZ İSTİSMARInı araşdıracaq monitorinq qrupu bu gün Rusiya sülhməramsız qüvvələrinin komandanlığı ilə müzakirələri davam etdirib. Görüş Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” QSC-nin əməkdaşlarından ibarət qrup dekabrın 3-də keçirdiyi müvafiq görüşün davamıydı.

Monitorinq qrupu sülhməramsızların komandanı, general-mayor Andrey Volkovla danışıqları onlarınXocalıdakı qərargahında aparıb.

Əlbəttə, deyə bilərsiz ki, bir danışıq ki sülhməramsızlarlaaparılır, ondan nə çıxar? Çıxar, əfəndim, çıxar – çıxardarıq yəni. Ya danışıqlar biz istəyən nəticəni verər ya da ərazimizdən çıxardarıq. Zatən, sülhməramsızlarbizim ərazilərə yerləşəndən bəri onların mümkün olan ən qısa zaman zərfində çıxması zərurəti gün kimi aydındır.Günü bu gün Ukraynada haqsız qan tökən, dost ölkənin şəhərlərini qaramata bürüyən, işığını, suyunu kəsən bir silahlı qüvvə orda eləykən, burda necə sülhməramlı ola bilər ki? Sülhməramlılıq təhlükəsizlik deməkdir, əmin-amanlıq deməkdir, işıq deməkdir, su deməkdir yəni... Biz isə Rusiyanın Qarabağın dağlıq hissəsində müvəqqəti yerləşmiş sülhməramsızlarından təhlükəsizliklə, əmin-amanlıqla uzlaşan bir addım görməmişik. Onlar təhlükəsizliyi yalnız özlərinin və erməni separatçılarının təhlükəsizliyi kimi başa düşür; onlar əmin-amanlığı terrorçuların, separatçıların, qanunsuz erməni silahlılarının əmin-amanlığı kimi alqılayır. Biz isə bu yaramazlığı qətiyyən qəbul etmirik və etməyəcəyik də. 

Bizim rəsmilər Rusiya sülhməramsızlarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində aparılan qeyri-leqal iqtisadi fəaliyyətlər çərçivəsində faydalı qazıntıların qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı yataqlarda, eləcə də digər uyğun məntəqələrdə monitorinq, əmlakın inventarizasiyası, habelə ekoloji araşdırma işlərinin vacibliyini diqqətə çatdırıb. 

Keçirilmiş müzakirələrin sonucu olaraq, ərazidə bu qeyd olunan fəaliyyət istiqamətləri üzrə işlərin aparılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi,digər aidiyyəti qurumların iştirakı ilə yol xəritəsinin hazırlanmasına başlanılıb.

İşğalçı Ermənistanın üç onillik boyunca bizim torpaqların qanunsuz istismarı ilə məşğul olması, faydalı qazıntıların vandalca istismarı, qeyri-qanuni iqtisadi fəaliyyət – bir sözlə, tam qanunsuz fəaliyyət sülhməramsızlarındiqqətinə çatdırılıb. 

Sözügedən yataqlarda Fars-Molla rejiminə bağlı şirkətlərin əməkdaşlarının işləməsinə dair sübutları da burada vurğulamalıyıq. Yeri gəlmişkən, daha öncələrAzərbaycan Respublikası Prokurorluğunun bu barədə rəsmi məlumatı yayılmış, müvafiq cinayət işi açılmışdı.

Fars-Molla rejimi demişkən...

Azərbaycan Respublikasının işğal altında olmuş torpaqlarında Fars-Molla rejiminin əsas iki missiyası diqqəti cəlb edir:

1. Azərbaycan xalqına və dövlətinə məxsus yataqların qanunsuz istismarı, ərazilərimizin təbii sərvətlərinin çapıb-talanması;

2. Terroçuluq fəaliyyəti, qanunsuz silah daşımaçılığı, hələ-hələ raket göndərmələri! Bir sözlə, hərbçilərimizin, mülki şəxslərimizin həlak olmasında, öz sağlamlıqlarınıitirməsində Ermənistandan sonra ən çox suç payı olan ölkələrin siyahısında İran “birinciliy”ə iddia edə bilər. Təsəvvür edirsiz: Adın “İslam Respublikası” ola, əhalinin yarıdan çoxu türk, mütləq əksəriyyəti müsəlman ola, sən durub monoetnik Ermənistana, onun Qarabağdakı separatçı uzantısına canı-dildən dəstək olasan... –Dəstək olasan ki, nəticə etibarı ilə ermənilər daha çox məscid dağıtsın, dağılmamış məscidlərə donuz doldursun. Başınıza dəysin, sizin dindarlğınız, İslam təəssübkeşliyiniz.

Biz Fars-Molla rejiminə hər turlu anlatmağa çalışırıq – çalışırıq ki, özünüzə çox da zəhmət verməyəsiz, görürük, bilirik və cavab tədbirləri görmə imkanımız var; amma gəl, gör rejim yiyələri anlayış göstərirmi? Gah media təxribatı, gah diplomatik gərginlik, gah siyasi ultimatum gah da hərbi təlimlər... Axır biz də düz Araz qıyısında hərbi təlim keçirdik, bir keçirmədik iki keçirdik, tək keçirmədik qardaşımızla birgə keçirdik. 

Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimləri ilk dəfə keçirilmir amma bu dəfə İLKlər yaşandı. Bəli, bu Fars-Molla rejiminə açıq ismarıcıydı. Bəli, Azərbaycan və qardaş Türkiyənin müdafiə nazirləri “Qardaş yumruğu” təlimini poliqonda birlikdə izlədi və hər iki ölkənin Ali Baş Komandanı – prezidentlər İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan nazirlərə zəng edərək, uğurlu təlimdə iştirak edən hərbçiləri təbrik etdi. Getdikcə, adı İrandan daha çox vİran kimi assosiasiya olunan dövlətin başındakı rejim bu ismarıcları düzgün oxumalı və öz qınına çəkilməlidir. 

Biz deyəndə ki, Dəmir Yumruq Yerindədir! – deyəsən, bəziləri bu sözün dərinliyini, ağırlığını, üfüqünü qanmır. Bu dəfə “Qardaş Yumruğu” dedik – qanacaqlarmı, əcaba?!. Dəmir Yumruq – xalqımızın birliyinin rəmizidir, ədalətli gücün simvoludur, haqlı Zəfərin simgəsidir. Ermənistan faşizmini, erməni terrorçuluğunu, erməni separatizmini, yalan-palançılığı, vandalizmi – bir sözlə, erməniçiliyi kim ardıcıl (və israrlı) müdafiə edirsə, Dəmir Yumruq da, Qardaş Yumruğu da onun başına (da) enə bilər.

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Bakıvaxtı.az


SON XƏBƏRLƏR

24 Aprel 2024