• Bakı 20° C

    1.13 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Səlim Babullaoğlunun 50 yaşına  dost sözü - Əkbər Qoşalı yazır
YAZARLAR
09 Dekabr 2022 | 21:34

Səlim Babullaoğlunun 50 yaşına  dost sözü - Əkbər Qoşalı yazır

Əkbər Qoşalı

Səlimi uzun illərdir tanıyıram. İndi ikimiz də gəlib 50-ni haqlamışıq – o məndən 4 ay böyükdü və beləliklə, 50-yə çatmaq necə bir olaydı, bir az da ondan öyrənmişolacam. Riyaziyyatda 50-dən sonra 51 gəlir, ədəbiyyatda, sənətdə sanki 50-dən sonra 100 gəlir(bunu 50-ni haqlamış başqa dostlar haqqında yazarkəndə ifadə etmişəm ola bilərəm)… Ustadlar ustadı AşıqAlı demiş, əllini aşırdın, yüzə nə qaldı?.. Xalq şairiOsman Sarıvəllisə, “Kim ki yüz il yaşamadı, günahonun özündədir” deyirdi. Ancaq yaşamaq var, yaşamaqvar – o ömür ki, dolu-dolu, zehnü-zəhmətlə, yaradıcılıqla donatılmadı, burax başını getsin. Necədeyərlər, 

“Harda başlar, harda bitər bir ömür? –

Bir ömürdə bəzən bir ömür,

Bir qələmdir, bir ağ dəftər, bir ömür, 

Bu yığvaldı, elə-belə gəlməyib”…

Azərbaycan ədəbiyyat aləmində 50-nin həssaslığınınbir digər səbəbi “Səməd Vurğun yaşı” olması ilə sıx bağlıdır. Belə bir məzmuna ortaq ola bilərik ki, yaradıcı insan 50-yədək şöhrət zirvəsini fəth etmədisə, ciddi ədəbi-ictimai xidməti ilə seçilmədisə, 50-dən sonrası ya nəsib… Əgər “40”-ı “xatalı yubiley” yaşısayar və xüsusi qeyd etməzlər deyə duymuşuqsa, 50-ni qutlamaq bir vəfa borcundan ziyadə, ömür təntənəsikimi gəlir mənə. Dövlətə də, cəmiyyətə də, sənətçiyədə təntənə lazım olur. 50 yaş şair ömrünün bayramıdır, hesabatıdır, 100-ə boylanışıdır. 50 zarafat deyil, bütünzarafatları digər aralıq yubileylərə saxlayıb, 50-ni sanballı keçirmək, ədəbiyyatçının dostlarının mənəviöhdəliyidir. 

Çox şükür Səlim 50-yə sağ-salim və dolu-dolu gəlibçıxıb. Bəs Səlimin özəllikləri nədədir, onu fərqli qılannələrdir? Mənə elə gəlir, şair Səlim Babaullaoğluadının yanında ilk yazılmalı söz səliqə-səhman, nizam-intizam və ədəbiyyatçı, ictimai xadim məsuliyyətidir. Hərçənd ədəbiyyatda zövqlər dartışılmaz deyilir, yenəolsun, onun ədəbi zövqü ilk növbədə, qurucusu olduğu“Dünya ədəbiyyatı” dərgisində - özü də, yalnız mətn-mündəricədə deyil, illüstrasiya, poliqrafiya anlamındada təcalla edir. Səlim yalnız şair kimi deyil, zövqlüdizayner, tələbkar redaktor, həssas naşir kimi seçilir. 

Səlim Babullaoğlu çoxşaxəli fəaliyyət özkeçmişinəmalikdir, ancaq həmişə məhz ədəbiyyat cəbhəsinin, ədəbi-bədii yaradıcılığın çoxşaxəliliyi içində olub.

O, 90-cılar ədəbi nəslinin öz ədəbi kredosuna sadiqolan azsaylı yazarlarındandır. Səlim “hərşeyşünas”, nəolur olsun, adım orda olsun “düşüncə”sində olanlardandeyil.  Bilirsiz, məhz bu ampulada qalmaq heç də asanməsələ deyil. Səni görməyə bilirlər, sənin yanından ötəbilirlər, sabun köpükləri ilə şişə bilirlər və sən sankigözdən, könüldən uzaq qala bilirsən. Üstəlik, o sabunköpüyü sıradan çıxınca da, sağdan-soldan üstünəqaramat yağdıra bilirlər. Sanki demək istəyirlər: “Sənniyə ayaq üstəsən, niyə yıxılmırsan axı”?! – Bəli, “başarı bədəl istər” (N.Gənc)…

Səlim Babullaoğlu çətin anlarda kübarlığını saxlamağıbacaran dostlarımızdandır. Onun yanında baş verənanlaşılmazlıqlara benzin tökməz, tanıdıqlarınınsavaşmalarından həzz almaz, anındaca, kübarcamüdaxilə edib, xoşməramını nümayiş etdirər. 

Onunla mənim də armada anlaşmazlıqlar olub – zarafatdeyil, birigid ömründən artıq müddətdir tanıyırıq bir-birimizi; ancaq hər ikimiz anlaşmazlığın düyünədönməsinə müsaidə etməmiş, mükün olan ən qısazaman kəsiyində, daha yaxşı günlərə adlamışıq. Türkşairi Atila İlhanın üslubunda desək, dartışmalardostluqlara daxil…

Səlim maneələr aşmaqda səbr yiyəsidir, bir neçəsituasiyada şahid olmuşam. Şair və səbr – bax, bu heçdə tez-tez rastlaşdığımız olay deyildir. O, yaradıcılığında da öz təmkinini əks etdirənyazarlardandır. Bu məziyyətlər onda 50 yaş ərəfəsindədaha çox müşahidə edilmiş ola bilər amma mən bunuillər öncədən görmüşəm və bu özəlliklərlə o, mənəyaşından irəli təsir bağışlayıb. Azərbaycan YazıçılarBirliyinin katibi vəzifəsini daşıdığından bərisə, dahaqucaqlayıcı, daha barışdırıcı görmşəm onu. 

Səlim Babullaoğlu miqyaslı düşünür, xırda işlərə ömürsərf etmir. Belə bir məşhur deyim var, “İnsan böyükişlərlə məşğul olduqca, böyüyür, xırda işlərləuğraşınca, özü də hiss etmədən xırdalanmağabaşlayır”… Yubilyar dostumuzun imzası olanlayihələrə, adı keçən kitablara baxıb, onun düşüncəmiqyasını, fəaliyyət sferasını aydın görmək olar. “Şuşaya salam”, “Xalq əmanəti”, “Dünya ədəbiyyatı”, beynəlxalq ədəbi əlaqələr… və s… 

O, Azərbaycan Yazıçılar Birliyi Qəbul komissiyasınınbaşqanı olduğu müddətdə illərdir qəbul növbəsindəgözləyən neçə yazarın sevincinə səbəbkar oldu. Necə? – Çox sadə şəkildə: obyektiv, tərəfsiz, qərəzsizolmaqla! O, hər kəsin sənədlərinin komissiya üzvləritərəfindən dəyərləndirilməsinə münbit ortam yaratdı. Dedi ki, üzvlük üçün müraciət edən yazarda istedadişartısı varsa, uğur qazanacaq, yoxdursa, vəsiqə onaistedad verəsi deyil. Bu, özünəxas ədalətli yanaşmadr. Həm insanların könlü qırılmır, gözü yoldan yığılır həmdə mühit qazanır, qabında bir şey varsa, üstə gəlir, yoxsa, xəlbirlə su daşımağın mümkünsüzlüyünü özügörür, özü özünü dərk edir. İdrak etməyənlərin işi isəTanrıya qalıb, onu bəndələr komissiya ilə, iclasla, qərarla, vəsiqə ilə çözə bilməz zatən…

Yubilyarın bir neçə kitabı gün üz görüb, məncə, onlarıniçində “İlyas Göçmənin şeir dəftəri” əlahiddə yerəmalikdir. Bu nəcib kitabda Səlim şair-rəssam, etüdustası kimi çıxış edib. İlyas Göçmənin çəkdikdləriniSəlim sözə çevirib. Rənglə Sözün qardaşlığı, İstanbullaBakının anlaşması, Türkiyə ilə Azərbaycanın stratejimüttəfiqliyi bir nəcib kitabda da boy atıb, çiçəkləyib…

Səlim qədirşünas aydınlarımızdandır. Çox çoxtəəssüflər ki, qədirbilənlik bir dəyər olaraq xeylisarsılıb və onu qoruyan insanları görəndə elə bilgözümə işıq gəlir. 

Yubilyar öz nəsildaşlı olan şairlər haqqında hələ 10-15il öncədən ürəkgenişliyi ilə “görkəmli” sözünü(təyinini) işlədirdi, özüm şahidəm. Elə o vaxtdüşündüymü bura yazım: məncə, bu, ilk növbədə öznəsildaşlarının təəssübünü çəkməkdir; ikincisi, nəsildaşlarını məsuliyyətli fəaliyyətə motivə etmək, özgüvənə və böyük düşüncəyə dəvətdir: özünüzə bir dəbelə baxın, özünüzə yaxşı titulları yaraşdırın və eqoluyox, doğrudan-doğruya görkəmli olun – görkəmlided iklərimizdən nəyiniz əskikdir?..

Heç şübhəsiz ki, Səlim Babullaoğlunun ədəbifəaliyyətində ən böyük yeri tərcüməçilik tutur. Söhbətyalnız öz tərcümələrindən getmir, o, ümumən bədiitərcümə və ədəbi əlaqələr işində illərdir külüng çalır. Külüng çalmaq sözü də təsadüfən düşməyib bura: o buişin həm rəhbəri həm (sözün müsbət emosiyası ilə)qara fəhləsi olub: həm tərcmə et, həm redaktə et, tərtibet, həm təşkil et, təqdim et, həm də bütün bu əməlifəaliyyətlərin maddi əsaslarını bul! – Bunlar bir yazarüçün fədakarlıq əsəridir. O, bu fədakarlığı az qala“Dünya ədəbiyyatı”nın hər sayında, bu məzmunlu hərlayihədə edir. Belə yerdə deyərlər, qazavatın qutluolsun! Mən qazavatın yanıbaşında yubileyini dəqutlayıb, şair qardaşımıza yeni yaradıcılıq uğurları, möhkəm can sağlığ diləyirəm!

 


SON XƏBƏRLƏR