• Bakı 21° C

    2.8 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 0.0183

Tacikistanda güclü zəlzələ
DÜNYA
19 Sentyabr 2024 | 01:02

Tacikistanda güclü zəlzələ

Tacikistanın Dağlıq Bədəxşan Muxtar Vilayətinin Vanc rayonunda 5 bal gücündə zəlzələ qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Mərkəzin məlumatına görə, zəlzələ yerli vaxtla saat 00:51-də (Bakı vaxtı ilə 23:51) baş verib, ocağı 33 kilometr dərinlikdə yerləşib.

Mərkəzi Asiya ölkələrində baş verən zəlzələlərin monitorinqini aparan Özbəkistan Fövqəladə Hallar Nazirliyinin Seysmik Proqnozların Monitorinqi Mərkəzi eyni zamanda ölkədə 4,9 bal gücündə zəlzələ qeydə alıb.

Bildirilib ki, yeraltı təkanların episentri cənubda - Dağlıq Bədəxşan Muxtar Vilayətinin inzibati mərkəzi - Xoroq şəhəri yaxınlığında yerləşib.


SON XƏBƏRLƏR