• Bakı 24° C

    14.67 m/s

  • USD - 1.7

    EUR - 1.9825

    RUB - 2.0265

Terrorsuz Türkiyə investisiya mühitinin qarşısındakı maneələri aradan qaldıracaq
DÜNYA
28 Avqust 2026 | 00:41

"Terrorsuz Türkiyə" investisiya mühitinin qarşısındakı maneələri aradan qaldıracaq

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən "Terrorsuz Türkiyə və terrorsuz bölgə" vizyonu ölkədə davamlı sülh və təhlükəsizlik mühitini gücləndirərək investisiya mühitinin qarşısındakı maneələri aradan qaldıracaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

C. Yılmazın sözlərinə görə, yeni dövrdə dövlət investisiyaları ilə yaradılan güclü zəmin özəl sektorun sərmayələri ilə tamamlanacaq, istehsal və məşğulluq daha böyük sürət qazanacaq.

"Davamlı sülh və təhlükəsizlik mühiti ölkəmizin investisiya mühitinin qarşısındakı maneələri aradan qaldıracaq. Yeni dövrdə dövlət investisiyaları ilə hazırladığımız güclü zəmini özəl sektor investisiyaları tamamlayacaq, istehsal və məşğulluq daha böyük sürət qazanacaq", - vitse-prezident vurğulayıb.

O qeyd edib ki, artan investisiyalarla əlaqədar olaraq şəhər və bölgələr inkişaf baxımından yeni səviyyələrə çatacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Avqust 2026