• Bakı 31° C

    3.9 m/s

  • USD - 1.7

    EUR - 1.944

    RUB - 2.0968

Tramp xüsusi elçisini İsrailə yollayır
DÜNYA
31 Iyul 2025 | 14:38

Tramp xüsusi elçisini İsrailə yollayır

ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff atəşkəs və Qəzza zolağında humanitar böhranın həlli ilə bağlı danışıqlar üçün bu gün İsrailə getməlidir.

Bu barədə Bakıvaxtı.az "Al Arabiya"ya istinadən xəbər verir.

Məlumata görə, o, İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşəcək.

"ABŞ Prezidenti Donald Tramp Qəzzadakı humanitar vəziyyət haqqında daha çox məlumat əldə etmək istəyir. Bu mülki əhaliyə çox yardım göstərməyə imkan verə bilər", - nəşrə mənbələrdən biri bildirib.

Bundan əlavə, S.Uitkoffun Qəzzada ABŞ-nin GHF Fondunun humanitar yardım paylanma məntəqələrini ziyarət edəcəyi gözlənilir.

Xatırladaq ki, ötən həftə Dohada İsrail ilə HƏMAS arasında atəşkəsə dair birbaşa olmayan danışıqlar dalana dirənib.


SON XƏBƏRLƏR

31 Iyul 2025