• Bakı 26° C

    7.83 m/s

  • USD - 1.7

    EUR - 1.9762

    RUB - 2.1788

Trans-Əfqan dəmir yolunun TİƏ-sinin hazırlanmasına dair saziş imzalanacaq
DÜNYA
17 Iyul 2025 | 13:47

Trans-Əfqan dəmir yolunun TİƏ-sinin hazırlanmasına dair saziş imzalanacaq

Özbəkistan, Pakistan və Əfqanıstan Trans-Əfqan dəmir yolunun texniki-iqtisadi əsaslandırmasının (TEƏ) hazırlanmasına dair sənəd imzalayacaqlar.

Bu barədə Bakıvaxtı.az Əfqanıstanın Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

"Bu gün Özbəkistan və Pakistanın xarici işlər nazirlərinin başçılıq etdiyi yüksək səviyyəli nümayəndə heyətlərinin ikitərəfli və üçtərəfli danışıqlarda iştirak etmək üçün Kabilə səfəri baş tutacaq. Nümayəndə heyətlərinə Özbəkistanın nəqliyyat naziri və Pakistanın dəmir yolları naziri də daxildir. Səfərin əsas nəticəsi Trans-Əfqan dəmir yolu dəhlizinin texniki-iqtisadi əsaslandırılması layihəsinə dair sazişin imzalanması olacaq", - məlumatda bildirilib.

Sənədi Əfqanıstanın ictimai işlər naziri, Özbəkistanın nəqliyyat naziri və Pakistanın dəmir yolları naziri imzalayacaq.

İmzalanma mərasimindən əvvəl tərəflər Əfqanıstan xarici işlər nazirinin sədrliyi ilə üçtərəfli siyasi məsləhətləşmələr keçirəcək və siyasi qarşılıqlı fəaliyyət, iqtisadi əməkdaşlıq və regional sabitliyin təmin edilməsi ilə bağlı məsələləri müzakirə edəcəklər.

İmzalanma mərasimindən sonra Özbəkistan və Pakistan nümayəndələri Əfqanıstanın bir sıra yüksək rütbəli rəsmiləri ilə ikitərəfli görüşlər keçirəcəklər.


SON XƏBƏRLƏR

17 Iyul 2025