• Bakı 27° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.9864

    RUB - 2.1384

Türkiyədə meşə yanğınları davam edir
DÜNYA
14 Avqust 2025 | 10:35

Türkiyədə meşə yanğınları davam edir

Türkiyədə Mərsinin Silifkeəvə Hatayın Hassa rayonlarında dünən başlayan meşə yanğınlarına havadan və qurudan müdaxilə davam edir.

Bakıvaxtı.az bu barədə Türkiyə mətbuatına istinadla xəbər verir.

Silifkədə küləyin təsiri ilə genişlənən yanğın səbəbindən altı məhəllə və beş oba ehtiyat tədbiri olaraq boşaldılıb, Silifkə-Gülnar yolu müvəqqəti bağlanıb.

Bildirilib ki, əraziyə 10 helikopter, 122 texnika və yüzlərlə yanğınsöndürən, jandarma və digər qüvvələr cəlb olunub.

Məlumata görə, Hatayın Hassa rayonunda isə Bademli və Yukarıbucak məhəllələri arasındakı yanğına beş helikopter və 18 su maşını ilə müdaxilə edilir.

Hər iki bölgədə yanğının nəzarət altına alınması üçün işlər gecə-gündüz davam etdirilir.

Əli Hüseynov


SON XƏBƏRLƏR

13 Avqust 2025