Türkiyənin daxili işlər naziri Ali Yerlikaya qeyri-leqal kanallarının təşkilində iştirak edən 32 nəfərin saxlanıldığı barədə məlumat verib.
Bakıvaxtı.az Türkiyə DİN-in sosial şəbəkələrdəki paylaşımına istinadla xəbər verir ki, saxlanılan şəxslər arasında 6 xarici ölkə vətəndaşı var.
Nazir qeyd edib: “Əməliyyatlar Türkiyənin bütün ərazisini əhatə edib. Saxlanılan şəxslər arasında 572 qanunsuz miqrant da var”.
Nazirliyin məlumatına görə, əməliyyatlarda hüquq-mühafizə orqanlarının 27 min 108 əməkdaşı iştirak edib. Onlar 8 minə yaxın ictimai yerdə, o cümlədən 446 nəqliyyat terminalında sənədlərin yoxlanılmasını həyata keçiriblər.