• Bakı 28° C

    2.28 m/s

  • USD - 1.7

    EUR - 1.9564

    RUB - 2.1335

Umerova Ukraynada vəzifə verildi 
DÜNYA
03 Avqust 2026 | 16:02

Umerova Ukraynada vəzifə verildi 

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerovu ölkənin Xarici Kəşfiyyat Xidmətinin rəhbəri təyin etməyi planlaşdırır. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə UNİAN məlumatlı mənbəyə istinadən məlumat yayıb. 

Eyni zamanda Umerovun yerinə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi vəzifəsinə keçmiş daxili işlər naziri İqor Klimenkonun gətiriləcəyi gözlənilir. 

Qeyd edək ki, Umerov 2025-ci ilin iyulunda Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi təyin edilib. Daha əvvəl o, Ukraynanın müdafiə naziri vəzifəsini tutub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Avqust 2026