• Bakı 22° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Ayrılmağım bəlkə də daha yaxşıdır - Vadim Abdullayev
İDMAN
04 Iyun 2025 | 14:00

"Ayrılmağım bəlkə də daha yaxşıdır" - Vadim Abdullayev

Azərbaycanlı futbolçu Vadim Abdullayev "Araz-Naxçıvan"la yollarını ayırmasına münasibət bildirib.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə yarımmüdafiəçi report-a açıqlama verib.

O, Naxçıvan təmsilçisində qalmaq istədiyini söyləyib:

“Klub tərəfindən belə qərar verildi. Düşündüm ki, ayrılmağım bəlkə də daha yaxşıdır. Açığı mənə, yeni müqavilə təklif edəcəklərini gözləyirdim. Ancaq sonda belə alındı. Əsas olan odur ki, komanda bu il tarix yazdı. Ən böyük əməyi, əziyyəti olan insanlardan biri də mən idim. Ən pis vaxtlarında komandada olmuşam. Təbii ki, xoş olmadı, futboldur, həyatın bir hissəsidir”.

30 yaşlı futbolçu hələ ki, başqa klublardan təklif almadığını da bildirib:

“İlk dəfə bu il milliyə dəvət aldım. Elə şeylər var ki, bizdən asılı deyil. Məşqçilərlə aramızda heç bir narazılıq olmayıb. Baş məşqçi Elmar Baxşıyevlə də halallaşdıq. Təbii ki, yeni təkliflər gözləyirəm. Amma hələ ki, başqa klublardan dəvət gəlməyib”.

Qeyd edək ki, V.Abdullayevin “Araz-Naxçıvan”la başa çatan müqaviləsi yenilənməyib.


SON XƏBƏRLƏR

05 Iyun 2025