İspaniyanın "Valensiya" klubunun müdafiəçisi Kristian Moskera karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.
Bakıvaxtı.az "The Athletic"ə istinadən xəbər verir ki, 21 yaşlı ispaniyalı futbolçu "Arsenal"la anlaşıb.
Tərəflərin müqavilənin şərtləri barədə razılığa gəldiyi bildirilib.
Qeyd edək ki, K.Moskera 2016-cı ildən "Valensiya"da çıxış edir. Futbolçu 2024/2025 mövsümündə bütün yarışlarda 41 oyun keçirib və 1 qol vurub. "Transfermarkt" portalı onun dəyərini 30 milyon avro qiymətləndirir.