• Bakı 29° C

    3.05 m/s

  • USD - 1.7

    EUR - 1.9847

    RUB - 2.1795

Deputat: “Fransanın imperiya xəyalları əks nəticələr doğura bilər”
SİYASƏT
14 Iyul 2025 | 14:39

Deputat: “Fransanın imperiya xəyalları əks nəticələr doğura bilər”

"Əgər Paris əvvəllər olduğu kimi hoqqabazlığa əl atmasa, gələn ilin fevralında keçiriləcək referendum nəticəsində Fransa daxilində xüsusi statuslu Yeni Kaledoniya Dövləti yaradılacaq".

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyası çərçivəsində çıxışı zamanı deputat Sahib Alıyev bildirib.

Sahib Alıyevin sözlərinə görə, bu hələ əsl müstəqillik anlamına gəlmir və kanaklar bu yolda ötən əsrin 90-cı illərində azadlığa çıxan bir sıra xalqların təcrübəsini təkrarlamalı olacaqlar:

“Təəssüflə qeyd etməliyəm ki, imperiya sindromundan qurtula bilməyənlər, 1990-cı illərin əvvəllərində müstəqillik qazanmış həmin ölkələri də hələ də sanki Yeni Kaledoniya kimi, xüsusi statuslu dövlət kimi görməyə çalışırlar”.

Deputat əlavə edib ki, bu baxımdan Azərbaycanın son zamanlar atdığı addımlar – Laçında keçirilən üçtərəfli görüş, İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndidə təşkil olunan Zirvəsi və bu Zirvə başa çatandan dərhal sonra Əbu-Dabidə baş tutan ikitərəfli, tamformatlı Azərbaycan-Ermənistan danışıqları – imperiya düşüncəsindən əl çəkməyənlər üçün ciddi mesaj olmalıdır:

“Bu addımlar onlar üçün xəbərdarlıqdır ki, imperiyanı bərpa haqda hətta xəyala dalmaq belə zərərli və əks perspektivlidir”.

Mina Mikayılova


SON XƏBƏRLƏR