• Bakı 12° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Yolka bəzəyən işçini “tok” vurdu
DÜNYA
22 Noyabr 2026 | 14:16

Yolka bəzəyən işçini “tok” vurdu

Londonda şam ağacına işıqlandırma quraşdıran 40 yaşlarında bir işçi elektrik cərəyanı vurması nəticəsində həyatını itirib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə noyabrın 18-də şəhərin şimalındakı Brent Cross ticarət mərkəzində baş verib.

Ağır xəsarət alan işçi xəstəxanaya çatdırılsa da, noyabrın 19-da vəfat edib.

Hadisədən sonra ticarət mərkəzi fəaliyyətini dayandırıb. İlkin ehtimala görə, qəza elektrik qısaqapanması nəticəsində baş verib.

Polis hadisənin səbəblərini araşdırır. Sağlamlıq və Təhlükəsizlik İcra Hakimiyyəti və Barnet Şurası da araşdırmaya başlayıb. Ticarət mərkəzinin nümayəndəsi hadisənin podratçı şirkətin apardığı işlərlə əlaqəli olduğunu bildirib.

Murad İsmayıl


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026