“Ukrayna heç zaman müharibə istəməyib. Bununla belə, BMT nizamnaməsi, beynəlxalq hüquq və sağlam insani təfəkkürə uyğun olaraq ölkəmizin bütün vasitələrdən istifadə etməklə öz müstəqilliyini və xalqını qorumaq hüququ var. Ukraynaya hücumlarda İran və Şimali Koreya silahları istifadə olunur”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.
O eyni zamanda, Rusiya tərəfinin indiyədək ölkəsinə minlərlə raket və zərbə dronları, habelə strateji aviasiya vasitəsilə hücumlar həyata keçirdiyini xatırladıb:
“Rusiya həm Şimali Koreya, həm də İranla ittifaq yaradaraq bu ölkələrin silahlarından, əsas da ballistik raketlər, zərbə xarakterli pilotsuz uçuş aparatları və artilleriya vasitəsilə şəhərlərimizə və mövqelərimizə zərbələr endirir. Rusiya tərəfdən Şimali Koreya hərbçiləri də Ukraynaya qarşı döyüşür. Söhbət onların xüsusi təyinatlılarından gedir. Müdafiə olunmaq bizim hüququmuzdur”.
O həmçinin Ukrayna Təhlükəsizlik Xidmətinin həyata keçirdiyi “Hörümçək toru” əməliyyatına da toxunub:
“Mən Ukraynanın Təhlükəsizlik Xidmətinə təşəkkür edirəm. Əsas məsələ ondan ibarətdir ki, “Hörümçək toru” əməliyyatı aqressora əhəmiyyətli ziyan və zərbə vurur. Bu isə ədalətin bərpası və gerçək sülhə məcburetmə deməkdir”.