İsrail ordusunun ötən gecə keçirdiyi hərbi əməliyyat zamanı “Nur əl-Şəms” terror qruplaşmasının lideri, “Əbu-Saciyyə” ləqəbli Məhəməd Cəbr öldürülüb.
Bakıvaxtı.az-ın “Vesti.co.il” saytına istinadən xəbərinə görə, bu barədə ordunun mətbuat xidmətindən bildirilib. Məlumatda terorrçuların məscidlərdən birində gizləndiyi açıqlanıb.
Qeyd edək ki, bu hadisə İsrail Hərbi Qüvvələrinin “Dəmir Qılıclar” əməliyyatının 328-ci gününə təsadüf edib.