• Bakı 9° C

    1.93 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

100 Azərbaycan vətəndaşı Ukraynadan Moldovaya keçib

SİYASƏT

25 Fevral 2022 | 12:53 | Müəllif: Qalib İbrahimoğlu

100 Azərbaycan vətəndaşı Ukraynadan Moldovaya keçib

“Ukraynadakı səfirlik və konsulluqla gündəlik əlaqə saxlanılır”.

Bakıvaxtı.az-ın məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov bildirib.

Onun sözlərinə görə, XİN və səfirlik Azərbaycan vətəndaşlarına təhlükəsizlik tədbirlərinə riayət etməyi, evlərində qalmaq tövsiyə olunub: “Hazırda əsas marşrutlarda tıxac var. Əsas odur ki, vətəndaşlar təhlükəsiz yerlərdə olsunlar. Eyni zamanda, Ukraynaya qonşu ölkələrdəki səfirliklərimiz əlaqələndirmə işləri həyata keçirir. Dünən və bu gün ümumilikdə 100 nəfər Ukraynadan Moldovaya keçib” (APA).

XİN başçısı qeyd edib ki, Ukraynanın qərbindəki ölkələrə də Azərbaycan vətəndaşlarının sadələşdirilmiş qaydada keçidi ilə bağlı iş aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026