Dünyanın ən yaşlı marafonçusu Fauca Sinq Hindistanda 115 yaşında vəfat edib.
Bakıvaxtı.az xəbər verir ki, idmançı Beas qəsəbəsində yolu keçərkən onu maşın vurub.
İdmançının ölümü barədə onun tərcümeyi-halının müəllifi, yazıçı Xuşvant Sinq məlumat verib. Sinqin ölümünü Pəncab qubernatoru Qulab Çand Kataria da təsdiqləyib. Avtomobilin sürücüsünün şəxsiyyəti hələlik müəyyən edilməyib.
Fauja Sinq 1911-ci il aprelin 1-də anadan olub. Onun qaçmağa marağı uşaqlıqdan başlayıb. 1990-cı illərdə o, Böyük Britaniyaya köçüb və 89 yaşında sistemli məşqlərə yenidən başlayıb. Sinq müntəzəm olaraq yaşlı idmançılar arasında beynəlxalq marafon yarışlarında iştirak edib.
2003-cü ildə o, öz yaş kateqoriyasında Toronto marafonunu 5 saat 40 dəqiqəyə başa vuraraq dünya rekordu vurub. 2011-ci ildə onun adı “Ginnesin Rekordlar Kitabı”na 100 yaşında marafonu başa vuran ən yaşlı insan kimi düşüb.