• Bakı 7° C

    0.7 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

12 yaşlı məktəbli İNTİHAR ETDİ - YENİLƏNİB

CƏMİYYƏT

09 Fevral 2024 | 16:43

12 yaşlı məktəbli İNTİHAR ETDİ - YENİLƏNİB

Gəncədə 12 yaşlı oğlanın intihar etməsinin ilkin səbəbi açıqlanıb. 

Bakıvaxtı.az "Unikal"a istinadla xəbər verir ki, hadisə şəhərin Daşkörpü adlan ərazisində yerləşən yaşayış evlərinin birində qeydə alınıb.

2012-cü il təvəllüdlü A.Məmmədovun meyiti valideyinləri tərəfindən asılmış vəziyyətdə tapılıb. Meyit müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə aparılıb.

İlkin məlumata görə, 12 yaşlı oğlanın valideyinləri telefonu onun əlindən alıb. Bu səbəbdən də o intihar edib.

Faktla bağlı Gəncə şəhər prokrorluğunda araşdırma aparılır.

...

16:12

Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin VI sinif şagirdi Məmmədov Ağamir Azər oğlu bu gün günorta saatlarında yaşadığı evdə intihar edib.

Bakıvaxtı.az xəbər verir ki, bu haqda Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi məlumat yayıb. 

Bildirilir ki, Ağamir Məmmədovun intihar etməsinin səbəbləri məlum deyil.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026