"Mövsüm dəyişikləri saçınızın sağlamlığına birbaşa təsir edir. Payız-qış aylarında soyuq hava şəraitinə qarşı saçlarınızı gücləndirməlisiniz. Bu aylarında saçlar daha quru və kövrək olur. Bu səbəbdən onun nəmə ehtiyacı var.
Bu sözləri Bakıvaxtı.az-a açıqlamasında dermatokosmetoloq Günay Feyziyeva bildirib. Onun sözlərinə görə, dəyişən hava şəraiti ilə saç baxımınızı da dəyişdirməlisiniz. Saçınızda nəm saxlayan və saç köklərini gücləndirən üsullardan istifadə etməyi vərdiş halına gətirərək saçlarınızı qoruya bilərsiniz.
Müsahibimiz qeyd edib ki, mövsümi dəyişikliklər, kimyəvi müalicələr, yanlış qulluq vərdişləri və ya nizamsız qidalanma saçın sağlamlığına mənfi təsir göstərir. Xüsusilə soyuq havaların çox hiss olunduğu günlərdə saçlarınızı xarici amillərə qarşı güclü etmək üçün nəm saxlamaq lazımdır: "Saçınızı nəmləndirərək güc qalxanı yarada bilərsiniz. Saçlarınızın soyuq havada qurumasının qarşısını almaq üçün hərtərəfli qulluq etməlisiniz. Saç tellərini tez-tez nəmlə qidalandırmaq zədələnmənin qarşısını almaq və keyfiyyətli quruluşa malik uzun, güclü saçları təşviq etmək üçün açardır. Saç tipinizə uyğun qulluq məhsulları alaraq saçınızda nəm saxlaya bilərsiniz.
Eyni zamanda saçlarınıza qulluq vasitəsi kimi həkim-dermatoloqa müraciət edərək saç mezoterapiyası proseduru edə bilərsiz. Saç mezoterspiyasına
PRP proseduru və saç üçün mezokokktellərdən (vitaminlər,minerallardam ibarət preparatlar daxildir".

Günay Feyziyeva, dermatokosmetoloq
Həkim saçların soyuq havaya davamlı olması üçün saçı yuma tezliyini dəyişməyi tövsiyə edir: "Saçınızı hər gün deyil, 2 gündən bir yumaq məsləhətdir. Soyuq havalarda çox yuyulduğundan saçlar daha kövrək olur. Saçın öz təbii yağına ehtiyacı var və bu şəkildə qidalanır. Saçınızı hər gün yumaq baş dərisinin zamanla qurumasına və soyulmasına səbəb olur. Saçınıza nəm qatmaq üçün hər hamamda kondisionerdən də istifadə etməlisiniz. Kondisionerlər saçınızda nəm saxlamağın ən asan yoludur".
Saç kremlərindən istifadə edərkən diqqət etməli olduğunuz şeylər:
Yaş saçlarınızdan artıq nəmi çıxarın.
Kondisioneri saçınızın uzunluğuna və uclarına çəkin.
Sonra 10-15 dəqiqə gözləyin.
Saçınızı yaxşıca yuyun.
Saçınızda nəm saxlamaq üçün hamamdan sonra qulluq etməyi unutmamalısınız. Hamamdan çıxdıqdan sonra saçınıza mütləq saç serumu sürtün. Saç serumları saç tellərini gücləndirməyə kömək edir. Saçların daha asan açılmasını dəstəkləyir.
Bir dəsmal köməyi ilə saçınızdakı nəmliyi çıxarın.
Saçınızı gücləndirən bir serum çəkdiyinizə əmin olun.
Geniş daraqlı saç fırçası ilə saçınızı tarayın.
Sonra qurumasını gözləyin.
Günay Feyziyeva, saçınızın sağlamlığı üçün ümumiyyətlə, istiliklə qurutmağı məsləhət görmür. “Ancaq hələ də fendən imtina etmək istəyirsinizsə, saçınızı ən aşağı temperaturda qurutmağınız məsləhətdir”.
Xəyalə Rza












jpg-1698210055.webp)



