Uelsdə bir qadın itinin hesabına qaraciyər donoru tapıb.
Bakıvaxtı.az-ın xarici mətbuata istinadən məlumatına görə, belə ki, Uelsdə həm qaraciyər funksiyası pozulmuş, həm də lupus (öz bədəninin hücumu) olan 44 yaşlı Lucy Humphrey təcili qaraciyər transplantasiyasına ehtiyac duyur. Həkimlər ona 5 il ömrünün olacağını deyərək, uyğun qaraciyər tapmaq şansının 22 milyonda bir olduğunu bildiriblər.
Lucy Humphrey enerji qazanmaq üçün itləri ilə sahildə gəzintiyə çıxanda isə həyatının xilas olacağını ağlına belə gətirməyib. Onun Indie adlı doberman cinsi iti sahibini tərk edərək 90 metr aralıda olan qadının yanına gedib. Indie Lucy Humphreyin dəfələrlə çağırmasına baxmayaraq, ona tərəf gəlməyib. Qadın itini götürmək üçün 40 yaşlı Keti Ceymsin yanına gedib.
2 qadın bir müddət söhbət ediblər. Keti Ceyms Lüsi Hamfrinin qaraciyər gözlədiyini biləndə "Bu yaxınlarda orqanlarımı bağışlamaq üçün müraciət etmişəm" deyib. Testdə Keti Ceymsin qaraciyərinin Lucy Humphrey ilə yüzdə yüz uyğun olduğu müəyyən edilib.
İndie Keti Ceymsin yanında qalmışdı, çünki onun iy sahibinin qoxusuna bənzəyirdi. Keti Ceyms qara ciyərinin bir parçasını bağışlayaraq Lucy Humphrey-nin həyatını xilas edib.
Ay Tac















