• Bakı 17° C

    4.94 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

55 karatlıq yaqut və çəhrayı brilyant üçün rekord qiymət!

CƏMİYYƏT

09 Iyun 2023 | 16:20

55 karatlıq yaqut və çəhrayı brilyant üçün rekord qiymət!

Nyu-Yorkda keçirilən hərracda indiyə qədər hərraca çıxarılan ən böyük yaqut "Fura Star" rekord qiymətə və bənövşəyi-çəhrayı almaz ayrı ayrılıqda 34,8 milyon dollara satılaraq öz rəngində satış rekordu qırdı.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, ötən il ABŞ-ın Nyu-York şəhərindəki Sotheby's Hərrac Evində Dubayda yerləşən Fura mədən şirkətinin Mozambikdə idarə etdiyi mədəndən tapılan 55,22 karatlıq yaqut 21 milyon dollardan başlayan qiymətə satışa çıxarılıb.

Beləliklə, Fura Ulduzu indiyə qədər hərracda satılan ən qiymətli yaqut oldu. Hərrac evi yaqutu “həyatda bir dəfə də olsun daş” kimi təsvir edib.

Hərraca damğasını vuran digər ləl-cəvahirat Botsvanadakı mədəndən çıxarılan "Əbədi çəhrayı" almazı olub. "Hərraca çıxarılan ən canlı bənövşəyi-çəhrayı almaz" olaraq xarakterizə edilən 10,57 karatlıq daş öz rəngində rekord qiymətə - 34,8 milyon dollara satılıb.

Ay Tac


SON XƏBƏRLƏR

25 Aprel 2024