• Bakı 17° C

    3.27 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

7 cüdoçumuz mübarizəyə başlayır - Avropa çempionatı

İDMAN

25 Aprel 2024 | 09:34

7 cüdoçumuz mübarizəyə başlayır - Avropa çempionatı

Bu gün Azərbaycanın 7 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.

Bakıvaxtı.az xəbər verir ki, kişilərdən Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq) və Yaşar Nəcəfov (66 kq) tatamiyə çıxacaq.

Qadınlardan Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva, Aydan Vəliyeva (hər ikisi 52 kq) və Acelya Toprak (57 kq) qüvvəsini sınayacaq.

Qeyd edək ki, yarış aprelin 27-də başa çatacaq.


SON XƏBƏRLƏR

03 May 2024