• Bakı 23° C

    1.69 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

8 gündə 3-cü partlayış!

CƏMİYYƏT

08 Sentyabr 2022 | 10:12

8 gündə 3-cü partlayış!

Meksika Milli Fəlakətin Qarşısının Alınması Mərkəzinin (CENAPRED) verdiyi açıqlamaya görə, ötən gecə yerli vaxtla saat 21:21-də Popocatepetl vulkanında püskürmə baş verib.

Bakıvaxtı.az xəbər verir ki, vulkanın püskürməsi nəticəsində ağzından çıxan lava və külün 3 min metr yüksəkliyə çatdığı bildirilib.

CENAPRED tərəfindən dərc edilən vulkanın gündəlik fəaliyyət hesabatında, son 24 saat ərzində püskürmə ilə yanaşı, 2 kiçik zəlzələ və 41 qaz və toz çıxışının qeydə alındığı bildirilib.

Səlahiyyətlilər püskürmələr nəticəsində daş və çınqıl düşə biləcəyi üçün vətəndaşlara vulkandan uzaq olmaları barədə xəbərdarlıq edib, ətraf yaşayış məntəqələrində yaşayanlara kül və yağışla baş verə biləcək sel sularına qarşı tədbir görmələrini tövsiyə edib.

Qeyd edək ki, "Tüstü çıxaran dağ" mənasını verən Popocatepetl, Nahuatl, 5 min 452 metr yüksəkliyi ilə Şimali Amerikanın ikinci ən böyük vulkanıdır.

Kraterinin diametri 900 metr və dərinliyi 150 metr olan Popocatepetl, əkiz İztaccihuatl vulkanından 16 kilometr şimalda yerləşir.

Son 1 ildə fəaliyyətini artıran Popocatepetl vulkanı Mançester Universitetinin alimlərinə görə, yaxın bir neçə ildə böyük püskürməsi gözlənilən vulkanlar arasında 5-ci yerdədir. Popokatepetl vulkanı 3 sentyabr və 30 avqust tarixlərində 2 dəfə, bu ilin yanvarında 3 dəfə, martda 1 dəfə və ötən il ərzində 8 dəfə püskürüb.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026